“Turan Tovuz” Futbol Akademiyasının koordinatoru Rasim Əliyev, məşqçisi Elxan Abdıyev və qapıçılar üzrə məşqçi Yaməddin Əliyev yeniliklərlə tanış olmaq və təcrübələrini artırmaq məqsədi ilə Tbilisi “Dinamo”sunun akademiyasında olublar.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 3 günlük səfər zamanı onlar “Dinamo” Futbol Akademiyasının direktoru Giorgi İvanişvili, koordinatoru Qabriel Jervazi, baş seleksioneri Temuri Uqreçelidze və məşqçiləri ilə görüşlər keçiriblər.
Qərb təmsilçisinin məşqçiləri buradakı şərait, yeniliklər, məşq metodları, seleksiya qaydaları və digər məsələlər haqda geniş fikir mübadiləsi aparıblar. Hər iki akademiyanın əməkdaşlığı haqda ilkin razılıq əldə olunub.
“Dinamo” akademiyasının rəhbəri Giorgi İvanişviliyə klubumuzun forması hədiyyə olunub.