"Turan Tovuz" "Qərb derbisi"nə 1 itki ilə çıxacaq

"Turan Tovuz" "Qərb derbisi"nə 1 itki ilə çıxacaq

"Turan Tovuz" Misli Premyer Liqasının 3-cü turunda Gəncədə "Kəpəz"lə "Qərb derbisi"nə çıxacaq.

"Boz qurdlar"ın sözçüsü Süleyman Tağıyevin Fanat.Az-a verdiyi məlumata görə, Ayxan Abbasovun yetirmələri bu gün Bakıdan Nizami yurduna yollanıb:

"Turan tovuz" 17:30-da matçın keçiriləcəyi stadionda məşqə çıxacaq. "Qərb derbisi"nidə yalnız əvvəlki iki turda da zədə üzündən oynamayan braziliyalı hücumçu Luis Paçu iştirak edə bilməyəcək". 

Qeyd edək ki, "Kəpəz" - "Turan Tovuz" qarşılaşması sabah baş tutacaq. Matçın start fiti saat 17:00-da səsləndiriləcək.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər