"Turan Tovuz" nə vaxt qayıdacaq?

"Turan Tovuz" nə vaxt qayıdacaq?

Türkiyədə təlim-məşq toplanışını başa vuran “Turan Tovuz”un Azərbaycana qayıdacağı tarix bəllidir.

Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, tovuzlular bu gecə Bakıda olacaq. 

Xatırladaq ki, “Turan Tovuz” Antalyada 3 sınaq matçına çıxıb. Ayxan Abbasovun yetirmələri Rumıniyanın “Petrolul” komandasına 2:3 hesabıyla uduzub, İsveçrə “Aarau”suna 1:0,  Qazaxıstan təmsilçisi “Jetisu"ya 2:0 hesabıyla qalib gəlib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər