"Turan Tovuz" Natan Oduvanı oynada bilməyəcək - SƏBƏB

"Turan Tovuz" Natan Oduvanı oynada bilməyəcək - SƏBƏB

"Turan Tovuz"un iki futbolçusu Azərbaycan Premyer Liqasının 21-ci turunda  "Şamaxı"ya qarşı keçiriləcək səfər matçında meydana çıxmayacaq.

Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Türkiyə toplanışında xəsarət alan Cavid Tağıyev fevralın 6-da baş tutacaq qarşılaşmanı kənardan izləyəcək.

Baş məqşçi Ayxan Abbasov Şamaxıda Tovuz təmsilçisinin ən önəmli futbolçularından olan Natan Oduvanın da xidmətindən yararlana bilməyəcək. Belə ki, "Sumqayıt"la  oyunda "sarı" alan Natan vərəqə limitini dolduraraq cəzalı duruma düşüb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər