"Turan Tovuz" legioneri ilə bu gün müqavilə yeniləyəcək

"Turan Tovuz" legioneri ilə bu gün müqavilə yeniləyəcək

"Turan Tovuz" legionerlərindən biri ilə də danışıqları müsbət istiqamətdə yekunlaşdırıb.

Bunu Fanat.Az-a açıqlamasında bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis Denis Marandiçinin ardından gürcü yarımmüdafiəçi Piruzi Marakvelidze ilə də razılıq əldə olunduğunu və sözügedən futbolçunun bu gün tovuzlularla müqavilə yenləyəcəyini bildirib.

Qeyd edək ki, Marakvelidze bu mövsüm "boz qurdlar"ın forması ilə Azərbaycan Premyer Liqasında 18 oyuna çıxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, ölkə kuboku çərçivəsində də 4 görüş keçirib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər