"Turan Tovuz" - "Kəpəz" matçına 500 manata bilet aldılar

"Turan Tovuz" - "Kəpəz" matçına 500 manata bilet aldılar

Məlum olduğu kimi “Turan Tovuz” zəlzələdən əziyyət çəkən Türkiyəyə yardım məqsədi ilə aksiya başladıb. 

Belə ki, “Turan Tovuz” – “Kəpəz” oyununda bilet satışından əldə olunacaq gəlirin hamısı qardaş ölkəyə göndəriləcək. Tovuz təmsilçisinin başlatdığı aksiyaya böyük maraq var. Tovuzdakı oyuna gələ bilməycək azarkeşlər  bilet alaraq aksiyaya qoşulurlar. 

Fanat.Az xəbər verir ki, tovuzlu azarkeşlərdən olan Sahib Musayev 1 ədəd simvolik bilet alaraq 500 manat ianə etməklə öz köməkliyini əsirgəməyib. 

Qeyd edək ki, “Turan Tovuz” – “Kəpəz” oyunu 11 fevral tarixində keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər