"Turan Tovuz" ilk matçını özbəklərə qarşı keçirəcək

"Turan Tovuz" ilk matçını özbəklərə qarşı keçirəcək

Mövsümün qalan hissəsinin hazırlıqlarını Antalyada davam etdirəcək "Turan Tovuz"un ilk rəqibi müəyyənləşib.

Klubdan Fanat.Az-a verilən məlumata görə, "boz qurdlar" Türkiyədəki ilk oyununu Özbəkistan təmsilçisi "Nasaf"a qarşı keçirəcəklər.

Türkiyədə ümumilikdə 3 sınaq matçına çıxacaq Tovuz komandası "Nasaf"la yanvarın 15-də qarşılaşacaq.  

Qeyd edək ki, 18 tura 22 xal toplayan Ayxan Abbasovun komandası Misli Premyer Liqasının turnir cədvəlində 7-ci pillədə mövqe tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər