“Turan Tovuz” futbolçusu ilə müqaviləni ləğv etdi

“Turan Tovuz” futbolçusu ilə müqaviləni ləğv etdi

"Turan Tovuz" futbolçusu Budaq Nəsirovla yolları ayırıb.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib. Nəsirov ötən ilin yayından "Turan Tovuz"un üzvü idi.

U-19 və Azərbaycanın U-21 millilərində çıxış etmiş Nəsirov bir neçə gün əvvəl “Turan Tovuz-2”nin heyətində "Səbail-2" ilə qarşılaşma zamanı komanda yoldaşını vurduğuna görə qırmızı vərəqə ilə meydandan qovulmuşdu. AFFA İntizam Komitəsi isə onu 4 oyunluq cəzalandırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər