"Turan Tovuz" derbiyə 3 itki ilə çıxacaq

"Turan Tovuz" derbiyə 3 itki ilə çıxacaq

Misli Premyer Liqasının  XI turunda Tovuzda "Kəpəz"lə "Qərb derbisi"nə çıxacaq "Turan Tovuz" 3 futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.

Bunu Fanat.Az-a açıqlamasında "boz qurdlar"ın sözçüsü Süleyman Tağıyev deyib.

"Cəzalı futbolçumuz yoxdur. Slavik Alxasov, Piruzi Marakvelidze və Emanuel Hakman isə zədəlidir. Bu futbolçular "Kəpəz"ə qarşı matçda meydana çıxmayacaqlar".

Qeyd edək ki, "Turan Tovuz" - "Kəpəz" qarşılaşması oktyabrın 28-də keçiriləcək. Matçın start fiti 19:00-da səsləndiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər