"Turan Tovuz" Bakıya itkisiz yollandı

"Turan Tovuz" Bakıya itkisiz yollandı

Bu tur çempionluq uğrunda mübarizəni davam etdirən "Sabah"ın qonağı olacaq "Turan Tovuz" Masazır təmsilçisi ilə matça itkisiz çıxacaq.

Klubun sözçüsü Süleyman Tağıyevin Fanat.Az-a verdiyi məlumata görə, cəzalı oyunçusu olmayan bölgə təmsilçisinin zədəlisi də yoxdur.

Tovuz təmsilçisi bu gün səhər məşqindən sonra paytaxta yollanıb. Ayxan Abbasovun yetirmələri sabah matçın keçiriləcəyi stadionda - "Bank Respublika Arena"da məşq edəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər