"Turan Tovuz" Bakıda sınaq matçı keçirib Türkiyəyə yollanacaq

"Turan Tovuz" Bakıda sınaq matçı keçirib Türkiyəyə yollanacaq

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Turan Tovuz" yoxlama oyunu keçirəcək.

Tovuz təmsilçisinin sözçüsü Süleyman Tağıyevin Fanat.Az-a verdiyi məlumata görə, Ayxan Abbasovun yetirmələri iyulun 12-də "Araz Naxçıvan"la üz-üzə gələcək. 

Bakı Olimpiya Stadionunda baş tutacaq görüş 19:00-da reallaşacaq.

Ertəsi Türkiyəyə yollanacaq tovuzlular təlim-məşq toplanışını Qızılcahamamda sürdürəcəklər. "Cam" otelində məskunlaşacaq kollektiv qardaş ölkədə 3 sınaq matçına çıxacaq. Türkiyədəki rəqiblərin kimliyi indilik bəlli deyil. "Boz qurdlar" Azərbaycana iyulun 28-də qayıdacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər