"Turan Tovuz" Acun Ilıcalının klubu ilə əməkdaşlıq edəcək

"Turan Tovuz" Acun Ilıcalının klubu ilə əməkdaşlıq edəcək

Türkiyənin məşhur siması, aparıcı, eyni zamanda iş adamı Acun Ilıcalı "Turan Tovuz"un baş sponsoru “Huner Group”un qonağı olub. 

Fanat.Az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Acun Ilıcalıya şirkət haqda ətraflı məlumat verilib. Daha sonra işgüzar görüş keçirilib. Görüşdə “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev, əsas komandanın baş məşqçisi Ayxan Abbasov, klubumuzun direktorları Əli Balakişiyev, Nadir Nəbiyev və Səməd Nəsibov iştirak ediblər. Görüşdə "Turan Tovuz"la Acun Ilıcalının sahibi olduğu “Hall Siti” klubu arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub. Təklifləri müsbət  dəyərləndirən qonaq yaxın gələcəkdə hər iki klubun bütün sahələrdə mümkün əməkdaşlığından məmnun olacağını bildirib. İlkin razılığa əsasən təmsilçimizin əməkdaşları, məşqçi və  futbolçu heyəti “Hall Siti”nin iş prinsiplərini öyrənmək və təcrübələrini artırmaq üçün İngiltərədə klubun düşərgəsində təcrübə keçəcəklər. 

Sonda Acun Ilıcalıya "Turan Tovuz"un rəhbəri Ehtiram Quliyev tərəfindən komandanın 10 nömrəli forması hədiyyə olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər