“Turan Tovuz” 5600 manat məbləğində cərimələndi

“Turan Tovuz” 5600 manat məbləğində cərimələndi

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

Fanat.Az toplantıda qəbul olunan qərarları təqdim edir:

25.01.2023-cü il tarixində Misli Premyer Liqasının XIX turunun “Turan Tovuz” – “Qarabağ” oyununda "Turan Tovuz" klubunun azarkeşləri hakimlərə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə meydan sahibi klub 4000 manat cərimə olunur (maddə 41.7);

25.01.2023-cü il tarixində Misli Premyer Liqasının XIX turunun “Turan Tovuz” – “Qarabağ” oyununda "Turan Tovuz" klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığına görə meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 51.1);   24.01.2023-cü il tarixində Misli Premyer Liqasının XIX turunun “Kəpəz”-“Qəbələ” oyununda təcili tibbi yardım avtomobili oyuna gecikdiyinə görə meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 59.4);   24.01.2023-cü il tarixində Misli Premyer Liqasının XIX turunun “Kəpəz”-“Qəbələ” oyunundan əvvəl polis nümayəndəsi iclasa gəlmədiyinə görə meydan sahibi klub 800 AZN cərimə olunur (maddə 62.1).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər