Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

"Kəpəz" futbol klubunun Media və Marketinq departamentinin direktoru vəzifəsinə yeni təyinat gerçəkləşib. Bölgə təmsilçisi rəhbərliyin qərarı ilə inzibati heyətində dəyişiklik edib.

Fanat.Az xəbər verir ki, bu vəzifəyə tanınmış idman jurnalisti Aqşin Əliyev gətirilib. O, bu postda Gəray Qiyasovu əvəzləyib.

Jurnalist fəaliyyətinə "525-ci qəzet"də başlayan Aqşin Əliyev daha sonra APA İnformasiya Agentliyində çalışıb.

Təcrübəli mütəxəssis bundan əvvəl "Neftçi" və MOİK klublarında da fəaliyyət göstərib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər