"Səbail"in yeganə yoxlama oyununun yeri və tarixi bilindi

"Səbail"in yeganə yoxlama oyununun yeri və tarixi bilindi

1-ci Liqa təmsilçisi "Səbail"in millilərin oyunları ilə əlaqədar yaranan fasilə dönəmində keçirəcəyi yeganə yoxlama oyununun vaxtı dəqiqləşib. Klubdan Fanat.Az -a verilən məlumata görə, digər 1-ci Liqa komandası "Şimal" ilə sınaq matçı sabah səhər saatlarında keçiriləcək. Qarşılaşma Binə qəsəbə stadionunda reallaşacaq. Qeyd edək ki, "Səbail"ə hazırda Elnur Abdullayev rəhbərlik edir. Sözügedən kollektiv 1-ci Liqanın ilk 3 turunda 7 xal toplayıb və hazırda turnir cədvəlinin 3-cü pilləsində mövqe tutub. Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər