Şahruddin Məhəmmədəliyev “Qarabağ”dan ayrıldı

Şahruddin Məhəmmədəliyev “Qarabağ”dan ayrıldı

“Qarabağ”da gözlənilməz ayrılıq baş verib. 

Fanat.Az xəbər verir ki, qapıçı Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyədə davam etdirəcək.   Türkiyə KİV-i 29 yaşlı qolkiper “Adana Dəmirspor”la anlaşdığını yayıb. Xəbərə görə, o, yeni komandası ilə 2+1 illik müqavilə imzalayacaq. Adana təmsilçisinin bu keçid üçün Ağdam təmsilçisinə təzminat ödəməyəcəyi qeyd olunub.   Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən “Qarabağ”da çıxış edir. Nahid Məmmədov  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər