"Sabahın Ulduzları"nda bu gün qaliblər müəyyənləşəcək

"Sabahın Ulduzları"nda bu gün qaliblər müəyyənləşəcək

“Sabahın Ulduzları” Bakı Kubokunda final oyunları keçirilir. Fanat.Az xəbər verir ki, bu gün həm U-14, həm də U-15 yaş qrupunda qaliblər müəyyənləşəcək. "Bayıl Arena"da əvvəlcə bir yaş kiçiklərin mübarizəsində “Qarabağ” ilə “Sabah” arasında həlledici matç baş tutacaq. Yarışın son oyununda isə U-15-lərin ən güclüsü müəyyənləşəcək ki, “Neftçi” ilə “Ulduz” münasibətlərinə aydınlıq gətirəcəklər. Hər iki yaş qrupunun final oyunu və mükafatlandırma mərasimi "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq. Qeyd edək ki, U-14 yaş qrupunda “Ulduz” komandası 3-cü yeri tutub. U-15-də isə “Qarabağ” bürünc medalları qazanıb. Sabahın Ulduzları Finallar 30 sentyabr U-14 17.00. “Qarabağ” - “Sabah” U-15 20.00. “Neftçi” - “Ulduz” (CBC Sport)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər