"Sabahın Ulduzları": Bürünc mükafatçılar müəyyənləşir

"Sabahın Ulduzları": Bürünc mükafatçılar müəyyənləşir

AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkil etdiyi “Sabahın Ulduzları” Bakı Kuboku sona yaxınlaşır. Fanat.Az xəbər verir ki, avqustun 1-də start götürən və iki ay davam edən yarışda bu gün 3-cü yer uğrunda oyunlar keçiriləcək. Bayılda təşkil olunacaq yarışın U-14 yaş qrupunda bürünc mükafat uğrunda “Neftçi” və “Ulduz”, U-15 yaş qrupunda isə “Qarabağ” və EFA komandaları qarşılaşacaqlar. Qeyd edək ki, hər iki yaş qrupunda finallar sabah - sentyabrın 30-da keçiriləcək. Yarışların baş mükafatı uğurunda U-14 yaş qrupunda “Qarabağ” və “Sabah” (saat 17:00), U-15 yaş qrupunda isə “Neftçi” və “Ulduz” (20:00) komandaları qarşı-qarşıya gələcəklər. "CBC Sport" kanalında canlı yayımlanacaq tədbirin sonunda qaliblər mükafatlandırılacaqlar. Sabahın Ulduzları 3-cü yer uğrunda oyunlar 29 sentyabr (U-14). 17:00. “Neftçi” – “Ulduz” (U-15). 20:00. “Qarabağ” – EFA

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər