Rövlan Muradov "Araz-Naxçıvan"ın "radar"ına "100"-lə düşdü

Rövlan Muradov "Araz-Naxçıvan"ın "radar"ına "100"-lə düşdü

“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 100-cü qolu buraxıb. B

Fanat.Az xəbər verir ki, bu, Misli Premyer Liqasının 12-ci turuna təsadüf edib.

“Sumqayıt”la səfər görüşünə qədər 99 top buraxan muxtar respublika təmsilçisi 0:2 hesabı ilə uduzub. Hesabı açan Rövlan Muradov qonaqları məyus edən 100-cü qolun müəllifi olub.

Bu, “Araz-Naxçıvan”ın 54-cü oyununa təsadüf edib. 54 qol vuran komanda artıq 101 qol buraxıb.

Qeyd edək ki, Naxçıvan təmsilçisi ilk qolu 2000-ci il avqustun 5-də “Qarabağ”la görüşdə buraxıb. Ağdamlılara 1:0 hesablı qələbə qazandıran topu Təbriz Həsənov vurmuşdu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər