"Roma"nın argentinalı ulduzları Paulo Dibala və Nahuel Molina Lionel Messinin vida matçında iştirak etməyəcəklər. Fanat.Az xəbər verir ki, İtaliya nəhəngi bunu rəsmi saytı üzərindən açıqlayıb. Argentina 6 oktyabrda Buenos-Ayresdə Benin ilə qarşılaşacaq ki, həmin gün Messi milli komandada son oyununu keçirəcək. "Roma"nın açıqlamasında deyilir: "Roma bu tədbirin Dibala və Molina üçün əhəmiyyətini anlayır. Bununla belə, qərar idman və logistik səbəblərdən, uçuşun uzunluğu, klubun qarşıdakı oyunlarının yaxınlığı nəzərə alınmaqla verilib". Klub həmçinin Messiyə olan hörmətini də qeyd edib: "Roma" Lionel Messiyə və onun görkəmli karyerasına dərin hörmətlə yanaşır, ona, eləcə də Argentina Futbol Assosiasiyasına gözəl bir axşam arzulayır". Qeyd edək ki, Messi 2005-ci ildən Argentina millisinin üzvüdür. O, yığmanın heyətində 2022-ci ildə dünya çempionatının qalibi olub. Bundan başqa, 2021 və 2024-cü illərdə Amerika Kubokunu, 2022-ci ildə isə Finalissimanı qazanıb. Mirağa
"Roma" Dibala ilə Molinanı Messinin vida matçına buraxmadı
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev