“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda gələn ay, qış transfer pəncərəsi dönəmində “Qarabağ”ı tərk edə bilər.
Qol.az-ın xəbərinə görə, bu haqda İtaliyanın “Tuttomercatoweb” saytına futbolçunun agenti Qaetano Montalban məlumat verib. O bildirib ki, Riçard Almeydaya Avropadan çoxsaylı təkliflər var: “Onlardan ikisi İtaliya A seriyasında yarışan klublardır. Bu ilin yayında Almeyda bu klublardan birinə keçə bilərdi. Amma alınmadı. Buna baxmayaraq, həmin klublar indiyədək Almeydanın oyununu izləməkdə davam edirlər”.
O bildirib ki, artıq gələn ay Almeydanın İtaliya A seriyasına transferi baş tuta bilər.
Qaetano Montalban həmin klubların adlarını açıqlamayıb.
Fanat.Az