Rəşad neçə oyuna çıxmayacaq? - "Qarabağ" üçün şok

Rəşad neçə oyuna çıxmayacaq? - "Qarabağ" üçün şok

Azərbaycan millisi və "Qarabağ"ın müdafiəçisi Rəşad Sadıqovun Londonda müayinəsinin nəticələri məlum olub. Bu barədə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki məlumat verib.

Kapitanın zədəsindən danışan xorvatiyalı mütəxəssis bunun köhnə olduğunu bildirib: "Bu, təzə zədə deyil. Rəşad Norveçlə oyundan sonra meydana çıxa bilmədi. Bu gün Londona gedərək, həkimlə görüşdü. Müayinədən sonra məlum oldu ki, müalicə görməyəcək. Gələn həftədən məşqlərə başlayacaq. Amma 6 həftəyədək yaşıl meydanlardan kənarda qalacaq. Bir tərəfdən yaxşıdır ki, müalicə görməyəcək, amma digər tərəfdən uzun müddət oynamayacaq". ("Report")

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər