"Real Madrid" "Bayer Leverkuzen"in müdafiəçisi Jarrel Kuansaya maraq göstərir. Fanat.Az xəbər verir ki, informasiyanı "Sport Bild" yayıb. Mənbənin məlumatına görə, Madrid klubu 23 yaşlı ingiltərəli futbolçunu yaxından izləyir və onu 2027-ci ildə müdafiə xəttini gücləndirmək üçün namizədlərdən biri hesab edir. Kuansa 2025-ci ilin yayında “Liverpul”dan “Bayer Leverkuzen”ə 35 milyon avro qarşılığında transfer olunub. Onun Almaniya klubu ilə müqaviləsi 2030-cu ilə qədər qüvvədədir. Müdafiənin mərkəzində çıxış edən Kuansa sağ cinah müdafiəçisi mövqeyində də oynaya bilir. Onun universal olması "kral klubu"nun marağını artıran amillərdən biri kimi göstərilir. İngiltərəli futbolçuya "Çelsi" və "Arsenal"ın da maraq göstərdiyi bildirilir. "Arsenal"ın bu yay Kuansa üçün 65 milyon avro təklif etdiyi, lakin "Bayer Leverkuzen"in bu təklifi qəbul etmədiyi qeyd olunur. Kuansanın keçmiş klubu "Liverpul"un da onun müqaviləsində geri alma bəndi var. Məlumata görə, mersisaydlılar 2027-ci ilin iyununa qədər futbolçunu 70 milyon avroya geri qaytara bilərlər. "Real Madrid"in isə Kuansanı gələcək müdafiə xəttinin gücləndirilməsi üçün mümkün transfer hədəflərindən biri kimi nəzərdən keçirdiyi bildirilir. Əlisahib İbrahimli
"Real Madrid" müdafiə xəttinə onu gətirməyi düşünür
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev