"Rakuv" - "Qarabağ" matçının hakimləri bəlli oldu

"Rakuv" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacağı Polşa "Rakuv"u ilə oyunlarının yeri və vaxtı, eləcə də hakim təyinatları bəlli olub.

Fanat.Az xəbər verir ki, iyulun 26-da Polşada, Çenstoxova şəhərindəki eyniadlı stadionda baş tutacaq matça Bakı vaxtı ilə saat 22:15-də start veriləcək

Qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edəcəklər. FIFA referisi Lukas Fendrixə həmyerliləri Yonas Erni və Giyom Mer laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Lionel Çudi yerinə yetirəcək.

Cavab matçı bir həftə sonra Bakı Olimpiya Stadionunda gerçəkləşəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər