Qurban Qurbanov onu "Araz-Naxçıvan"a qarşı oynada bilməyəcək

Qurban Qurbanov onu "Araz-Naxçıvan"a qarşı oynada bilməyəcək

Azərbaycan Kubokunun yarımfinalında sabah "Araz-Naxçıvan"la ilk oyuna çıxacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu qarşılaşmada yalnız bir futbolçunun xidmətindən istifadə edə bilməyəcək.

Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyevin Fanat.Az-a verdiyi məlumata görə, heyətdə cəzalı yoxdur, yeganə zədəli futbolçu isə qapıçı Şahruddin Məhəmmədəliyevdir.

Qeyd edək ki, tərəflərin ilk dueli "Liv Bona Dea Arena"da baş tutacaq. Matçın start fiti 17:00-da səsləndiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər