"Turan Tovuz"un yeni meydanının açılışı olacaq

"Turan Tovuz"un yeni meydanının açılışı olacaq

Turan Tovuz"un Kürdəxanı qəsəbəsində inşası davam edən Hünər təlim-məşq bazasının istismara hazır olan təbii örtüklü meydançasının açılış mərasimi keçiriləcək. 

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

Açılış mərasimi aprelin 21-i saat 13:00-da baş tutacaq.

Ümumi sahəsi 5 hektadan böyük olan Kürdəxanı layihəsində əsas korpusun inşası ilə yanaşı daha 2 təbii örtüklü meydança salınacaq. İstismara verilən meydança isinmə hərəkətləri üçün ayrıca təbii ot örtüklü zona, buz hovuzu, sauna, toplantı və iclas zalları, soyunub-geyinmə otaqları, sanitar qovşaq, həkim və masaj otağı, 3 mərtəbədən ibarət izləmə və çəkiliş qülləsi, müasir standartlara uyğun qazanxana,  suvarma sistemi ilə təmin olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər