"Turan Tovuz"un legionerinin ayağı sındı

"Turan Tovuz"un legionerinin ayağı sındı

Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən "Turan Tovuz" - "Sabah" oyununda xoşagəlməz hadisə yaşanıb.

Fanat.Az xəbər verir ki, matçın 21-ci dəqiqəsində meydan sahiblərinin legioneri Denis Marandiçi ciddi zədə alıb.

Moldovalı müdafiəçi rəqibin hücumunun qarşısını almağa çalışarkən ayağı sınıb.

O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Marandiçi İsmayıl Zülfüqarlı ilə əvəzlənib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər