"Turan Tovuz"dan yubiley qələbəsi

"Turan Tovuz"dan yubiley qələbəsi

“Turan Tovuz” klubu Azərbaycan Premyer Liqasında yubiley qələbəsini qazanıb.

Fanat.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Kurban Berdıyevin yetirmələri III turda “Kəpəz”i səfərdə məğlub edib – 3:0.

Bu, Premyer Liqada 3-cü mövsümünü keçirən klubun 75-ci matçı və 25-ci qələbəsi olub. “Turan Tovuz” evdə 13, səfərdə 12 dəfə qalib gəlib.

Qərblilər cari mövsüm ilk üç turda qol buraxmayıb. Bu, son 4 mövsümdə ilk belə seriyadır.

Qeyd edək ki, çempionatın ilk üç oyununda qol buraxmayan sonuncu komanda “Şamaxı” olub. Daha əvvəl “Keşlə” adlanan klub üçün 2020/2021 mövsümünün startı uğurlu alınıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər