"Turan Tovuz" Rumıniya komandasına uduzdu

"Turan Tovuz" Rumıniya komandasına uduzdu

Mövsümün ikinci yarısına ölkə xaricində hazırlaşan yeganə Azərbaycan təmsilçisi "Turan Tovuz" Türkiyədə ilk yoxlama oyununa çıxb. 

Fanat.Az xəbər verir ki, Kurban Beddiyevin komandası Antalyada Rumıniya təmsilçisi “Qloriya Buzau” ilə qarşılaşıb. 

Oyun rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rumınlar Tovuz təmsilçisini 9-cu və 86-cı dəqiqələrdə vurduqları qollarla məğlub ediblər. .  

Qeyd edək ki, Kurban Berdiyevin komandası Türkiyədə ikinci oyununu yanvarın 12-də keçirəcək. Özbəkistan təmsilçisi "Paxtakor"la qarşılaşma yerli vaxtla saat 17:00-da start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər