"Turan Tovuz" Antalyada 2 matça çıxacaq

"Turan Tovuz" Antalyada 2 matça çıxacaq

"Turan Tovuz" qış təlim-məşq toplanışında Türkiyənin Antalya şəhərində 2 yoxlama oyunu keçirəcək.

Fanat.Az xəbər verir ki, yanvarın 4-də qardaş ölkəyə yollanacaq bölgə təmsilçisi Kemerdə məskunlaşacaq.

Ayın 13-nə qədər hazırlığını davam etdirəcək Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv burada 2 yoxlama matçında qüvvəsini sınayacaq. Rəqib komandaların kimliyi yaxın günlərdə dəqiqləşəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər