"Trabzonspor" 17 milyon avroluq oyunçu gətirdi

"Trabzonspor" 17 milyon avroluq oyunçu gətirdi

Türkiyənin “Trabzonspor” klubu hücum xəttinə yeni futbolçu cəlb edib.

Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisi Danimarkanın “Midtyulland” klubunda çıxış edən Frankulinu Junu heyətinə qatıb.

İnformasiyanı “Trabzonspor”un rəsmi saytı yayıb.

Türkiyə klubu forvardın transferi üçün “Midtyulland”a 17 milyon avro ödəyib. 22 yaşlı hücumçu ilə 2030-cu il iyunun 30-dək qüvvədə olacaq müqavilə imzalanıb.

Qeyd edək ki, Frankulinu cari mövsümdə “Midtyulland”ın heyətində bütün turnirlərdə 10 rəsmi oyuna çıxıb. O, bu qarşılaşmalarda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər