"Şəfa"nın zədəlisi sıraya döndü

"Şəfa"nın zədəlisi sıraya döndü

Misli Premyer Liqasında debüt etməyə hazırlaşan "Şəfa"nın bu yay heyətinə cəlb etdiyi Fərid Yusifovun son vəziyyəti bəlli olub.

Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, ikitərəfli oyun zamanı xəsarət alan 24 yaşlı yarımmüdafiəçi artıq sıraya dönüb.

Ötən mövsümü "Turan Tovuz"da keçirən Fərid bir müddətdir ki, kollektiv məşqlərə qatılır.

Xatırladaq ki, "Şəfa" rəhbərliyi komandanı 1-ci Liqada çempionluğa daşıyan 34 yaşlı mütəxəssis Elgiz Kərəmli ilə əməkdaşlığa son qoyub. Onun yerinə "Zirə"nin akademiyasının sabiq koordinatoru Zaur Həşimov gətirilib.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər