"Şəfa"dan ayrılan Nəsibov özünə iş yeri tapdı

"Şəfa"dan ayrılan Nəsibov özünə iş yeri tapdı

1-ci Liqada sona 1 tur qalmış çempionluğu rəsmiləşdirərək Premyer Liqaya yüksələn "Şəfa" ilə vidalaşan yarımmüdafiəçi Aqil Nəsibovun yeni klubu bəllidir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı futbolçu elitanı tərk edən "Karvan-Yevlax"la anlaşıb.

Yevlax təmsilçisinin yeni baş məşqçisi Ramiz Məmmədovun istəyi ilə heyətə qatılan orta xətt oyunçusu ilə 1 illik müqavilə imzalanıb.   Xatırladaq ki, elitada "Karvan-Yevlax"ın "sükanı arxası"nda olan Füzuli Məmmədov bu yay aran təmsilçisini "Şahdağ Qusar"a dəyişib. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər