"Şəfa" yenə "əl dəyişdi"

"Şəfa" yenə "əl dəyişdi"

Keçmiş "Şəfa" və "ASK Arena", son olaraq isə "Baku Arena" adlanan stadionun himayəçisi dəyişib. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, ötən ilin sonunda Azərbaycan İnvestisiya Holdinqinin nəzarətinə keçən idman qurğusu himayəçisi dəyişib. 

Arena Gənclər və İdman nazirliyinin balansına verilib.

Xatırladaq ki, stadion 2001-ci ildə Termist stadionunun yerində tikilib və 8125 tamaşaçı tutumuna malikdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər