"Qarabağ"lı futbolçulardan Reynaldoya vida - FOTO

"Qarabağ"lı futbolçulardan Reynaldoya vida - FOTO

Xəbər verdiyimiz kimi, "Qarabağ"ın futbolçusu Reynaldo Silva Türkiyənin "Adanaspor" klubuna keçib. Ötən gün qardaş ölkəyə yollanan braziliyalı futbolçunun bu gün rəsmi müqavilə imzalayacağı deyilir.

Fanat.Az xəbər verir ki, bu arada komanda yoldaşları Reynaldo ilə vidalaşıb. 

Həmyerlisi Riçard Almeyda onunla birlikdə çəkilmiş fotosunu sosial mediada paylaşaraq bu sözləri yazıb: "Əziz qardaşım, yaxşı yol. Həyatının yeni mərhələsində sənə uğurlar arzu edirəm. Tanrı həmişə səni qorusun. Həmişə olduğu kimi, "Adanaspor"da da böyük uğurlar qazanacağına əminəm. Mənə görə də narahat olma. Sənin üçün həmişə darıxacağam. Səninlə keçirdiyimiz anlar çox gözəl idi".

"Qarabağ"lı futbolçulardan Reynaldoya vida - FOTO

Reynaldonun ispan həmkarı Migel Madera da komanda yoldaşına vida edib: "Qardaş, sən bizi buraxıb gedirsən. Hər şey üçün təşəkkürlər. Mən sənə həyatının yeni mərhələsində uğurlar arzulayıram!!! Səni çox sevirəm! Sən həmişə mənim ailə üzvüm olacaqsan, ürəyimdə olacaqsan. Uğurlar qardaş!"

"Qarabağ"lı futbolçulardan Reynaldoya vida - FOTO

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər