"Qarabağ"la oyunda zədələnən futbolçudan xəbər var

"Qarabağ"la oyunda zədələnən futbolçudan xəbər var

Uzun müddət zədəli olan "Kəpəz”in futbolçusu Şəhriyar Əliyevin müalicə prosesi başa çatıb. Klubun tibb personalından kapazpfc.az saytına verilən məlumata görə, müdafiəçinin durumu yaxşıdır. 

Bununla belə Əliyev bir müddət istirahət etməli və sonra məşqlərə başlamalıdır. Şəhriyarın gələn ilin əvvəlindən məşqlərə çıxması nəzərdə tutulub. Bu isə o deməkdir ki, arxa xətt oyunçusu "İnter”lə kubok, "Qəbələ” ilə çempionat matçlarında komandaya kömək edə bilməyəcək.

Sentyabrda "Qarabağ”la ev oyununda zədələnən futbolçu diz nahiyəsinin iç yan bağında gərilmə və ön çarpaz bağda degenerasiyadan əziyyət çəkib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər