"Qarabağ"ın Avropa Liqasında rəqiblərindən olan Çexiyanın "Slovan" klubunun baş məşqçisi Yindrjix Trpişovski püşkü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 40 yaşlı çalışdırıcı yol uzaqlığına görə "Qarabağ"ın onlara düşməsindən narazı qalıb: "Şadıq ki, "Vilyarrealla "Styaua"nın yer aldığı qrupa düşmədik. Püşk zamanı "Fiorentina" və PAOK-un bizə düşməsindən çox razı qaldıq. Bu komandalar bizə oynamağa imkan verəcəklər. Bundan başqa, görüşlərin keçirilmə yeri də bizə uyğundur. Təəssüf ki, "Qarabağ"la düşməyimiz yerinə düşmədi. Bu komanda Plzenə də gəlmişdi. Bu da bir faktdır ki, "Qarabağ" IV səbətdə güclü komanda sayılırdı. Lakin çox da məşhur komanda deyil.
"Fiorentina" isə böyük futbol ənənələri olan, gözəl şəhərə malik komandadır. Onlarda bir neçə əla oyunçu çıxış edir. Üstəlik, Florensiyada futbol vaxtı əla atmosfer olur. İdman baxımından qrupumuz çox balanslıdır. Bu baxımdan, mən razıyam. Ümumilikdə, mən qrupumuzu orta səviyyəli adlandırardım. Düzdür, hamımız I səbətdən "Mançester Yunayted"lə düşməyi istəyirdik. Amma indiki püşk qrupdan çıxmağa optimist fikirlər yaradır".
Qeyd edək ki, qrup oyunları sentyabrın 15-də başlayacaq və dekabrın 8-də başa çatacaq.
Fanat.Az