"Qarabağ"ın zədəlilərindən xəbər var

"Qarabağ"ın zədəlilərindən xəbər var
"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir. Fanat.Az xəbər verir ki, komanda bir günlük isitirahətin ardından bu gün məşqləri bərpa edib. 
Günün ilk məşqi Bakı vaxtıyla 12.00 start götürüb və təxminən 60 dəqiqə davam edib. Dizində ağrıları olan Rahid Əmirquliyev fizioterapevt nəzarəti altında çalışmalarını davam etdirib. 
Günün ikinci məşqi Bakı vaxtıyla saat 18.00-da start götürüb. 90 dəqiqə davam edən məşqdə taktiki və toplu çalışmalara üstünlük verilib. 
Günün ilk məşqində dizində ağrıları olan Rahid Əmirquliyev fərdi məşqlə kifayətlənsə də, zədəsini tez sağaldaraq axşam məşqində komandaya qoşulub. Coşqun Diniyev və Reynaldo Silva isə fizioterapevt nəzarəti altında məşqlərini davam etdirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər