Albaniya millisinin heyəti açıqlanıb. Fanat.Az xəbər verir ki, baş məşqçi Cianni de Byasi "DÇ-2018"in seçmə mərhələsindəki oyunlar üçün 26 oyunçuya dəvət göndərib.
Komandanın tərkibində bir tanış sima da var. Belə ki, “Qarabağ”ın sol cinah müdafiəçisi Ansi Aqolli növbəti dəfə Albaniya millisinə çağırılıb. O, qarşıdakı iki matçda da komandasının kapitanlıq sarğısını daşıyacaq.
Qeyd edək ki, Albaniya yığması oktyabrın 6-da Lixtenşteynlə səfərdə, 9-da isə İspaniya ilə evdə qarşılaşacaq.
Fanat.Az