"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan PAOK heyətini gücləndirib. Fanat.Az xəbər verir ki, Yunanıstan klubu "Yuventus”un futbolçusu Mame Tiamı rənglərinə bağlayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 23 yaşlı seneqallı hücumçu 1 illik icarəyə götürülüb.
Qeyd edəka ki, tam adı Mame Baba Tiam olan futbolçu 2015-ci ilin yayında "Yuventus"a İtaliyanın "Virtus" klubundan 1,4 milyon avroya transfer olunub. Ötən mövsüm icarə əsasında Belçikanın "Sulte-Varegem" klubunda çıxış edən seneqallı futbolçuya "Transfermarkt" 1,5 milyon avro qiymət qoyub.
Fanat.Az