"Qarabağ"ın rəqibi dəyişdi - Son anda

"Qarabağ"ın rəqibi dəyişdi - Son anda

Qış fasiləsinə lider mövqeyində yollanan “Qarabağ” sabahdan Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına başlayacaq. Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “köhlən atlar” ilk yoxlama oyununu yanvarın 15-də keçirəcək.

 

Qurban Qurbanovun komandasının həmin gün "Aşqabad"la oynaması planlaşdırılsa da, Türkmənistan klubunun Antalyaya gəlməsi sual altına düşüb.

 

Bu səbəbdən ölkə çempionu yanvarın 15-də Albaniyanın ən titullu klublarından olan "Şkenderbü" ilə qarşılaşacaq.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər