Reynaldo Silva Türkiyənin "Adanaspor" klubu ilə anlaşıb. Fanat.Az xəbər verir ki, bu barədə ajansspor.com saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, baş məşqçi Levent Şahinin istəyi ilə heyətinə hücumçu qatmaq istəyən Adana təmsilçisi "Qarabağ"ın futbolçusu ilə anlaşma əldə edib.
Qeyd edək ki, Reynaldonun "Adanaspor"a keçidi ilə bağlı müzakirələr bir neçə həftədi davam edir.
Fanat.Az