"Qarabağ"ın Antalyadakı rəqibləri müəyyənləşdi

"Qarabağ"ın Antalyadakı rəqibləri müəyyənləşdi
Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Sumqayıt”la oyundan sonra istirahətə buraxılan “Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib. 
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi yanvarın 5-də təlim-məşq toplanışı üçün Antalyaya yollanacaq.
 
“IC Santaı” otelində məskunlaşacaq “köhlən atlar” orda olduğu müddətdə 4 yoxlama görüşü keçirəcək. Baş məşqçi Qurban Qurbanovun futbolçuları hansı komandalarla matçlarda sınağa çəkəcəyi də bəllidi.
 
“Qarabağ”ın yoxlama oyunlarının proqramı belədi:
 
15 yanvar
17.00 Qarabağ - Aşqabad (Türkmənistan)
18 yanvar
18.00 Qarabağ - Styaua (Buxarest)
22 yanvar
15.30 Qarabağ - Atırau (Qazaxıstan)
17.30 Qarabağ - Termalitse (Polşa)
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər