"Qarabağ"dan zədələnən futbolçularla bağlı açıqlama

"Qarabağ"dan zədələnən futbolçularla bağlı açıqlama

Topaz Premyer Liqanının V turunda “Zirə” ilə qarşılaşmada (2:0) zədələnərək matçı yarımçıq tərk edən "Qarabağ"ın futbolçuları Muarem Muarem və  Əfran İsmayılovun vəziyyətinə aydınlıq gəlib.

Fanat.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, hər iki oyunçunun zədəsinin ciddi olmadığı müəyyənləşib. Onlar dünəndən etibarən komanda ilə məşqdə iştirak ediblər.

Komandanın digər zədəli futbolçusu Bədavi Hüseynov da fərdi məşqləri yekunlaşdıraraq kollektivlə çalışmalara başlayıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər