"Qarabağ"dan tarixi qələbə

"Qarabağ"dan tarixi qələbə

“Qarabağ” Azərbaycan çempionatlarında 150-ci səfər qələbəsini qazanıb. 

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley uğuru Premyer Liqanın XXI turunun “Sumqayıt”la görüşünə təsadüf edib. 

4:0 hesablı qələbəyədək ağdamlılar 149 dəfə rəqib meydanlarında qalib gəlmişdi. Səfərdəki 150-ci qələbə 352-ci matça təsadüf edib. “Qarabağ”ın hesabında 94 heç-heçə və 108 məğlubiyyət də var. Rəqib meydanlarındakı qol sayını 418-ə çatdıran ağdamlılar 328 top buraxıb.

Qeyd edək ki, səfərdə ən çox qələbəsi olan komanda “Neftçi”dir – 174. Bu iki klubdan başqa yalnız “İnter” rəqib meydanında 100-dən artıq qələbə əldə edib. Bakılıların 102 belə uğuru var.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər