"Qarabağ"dan güclü deyillərsə..." - Şahin Diniyev

"Qarabağ"dan güclü deyillərsə..." - Şahin Diniyev

Sabah Premyer Liqanın XIX turu çərçivəsində "Kəpəz" səfərdə "Neftçi" ilə qarşılaşacaq. Gəncə klubu bakılılarla görüşdə uğursuz seriyaya son qoymaq niyyətinədi. 

Fanat.Az xəbər verir ki, Şahin Diniyev oyunöncəsi fikirlərini "Kəpəz TV"yə açıqlayıb: "Desəm ki, "Neftçi"dən güclüyük və ya əksinə bu bir qədər etikadan kənar olar. Hər iki komandanın qələbə qazanmaq üçün şansı var. Tərəflərin uğuru sıfıra bərabər deyil. Çox inanıram ki, "Neftçi" ilə oyunda daha yaxşı oynayıb, uğur qazana bilərik. Baxmayaraq ki, "Neftçi" çox güclənib. Rəqib həmişə rəqib deyil. Əgər "Qarabağ"dan güclü deyillərsə, deməli onlara qarşı oynamaq olar”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər