Bu gün "Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Dalğa Arena"da Çexiyanın "Slovan" klubunu qəbul edəcək.
Fanat.Az xəbər verir ki, klub Mərdəkan qəsəbəsinə yolun uzaqlığını nəzərə alaraq, azarkeşlərin bu matçda rahat gediş-gəlişini təmin etmək üçün xüsusi avtobuslar ayıracaq. Avtobuslar saat 17:00-dan etibarən Koroğlu metrostansiyasından stadiona yola düşəcək.
Qeyd edək ki, saat 19:00-da başlayacaq görüşdə "Qarabağ" jurnalistlər üçün də avtobus ayıracaq.
Fanat.Az