"Qarabağ"da şok: 4 həftəlik sıradan çıxdı

"Qarabağ"da şok: 4 həftəlik sıradan çıxdı

Oktyabrın 8-də Norveçlə oyuna çağırılması planlaşdırılan "Qarabağ"ın futbolçusu Əfran İsmayılov ağır zədə alıb.

Fanat.Az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Avropa Liqasının "Fiorentina" ilə səfər matçının 60-cı dəqiqəsində ayağındakı ağrılar üzündən əvəzlənən futbolçu Bakıdakı klinikalardan birində həkim müayinəsindən keçib.

Müayinə zamanı futbolçunun arxa əzələsinin yırtıldığı müəyyənləşib. Əfran yaşıl meydanlara yalnız 4 həftə sonra qayıda biləcək. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər