"Qarabağ" sabah Azərbaycan Kubokunda "Neftçi"yə qarşı keçirəcəyi oyunun hazırlıqlarını davam etdirir. Fanat.Az xəbər verir ki, FIFA-nın milli komandamızda oynamasına icazə verdiyi Riçard Almeydanın meydana çıxması sual altındadı.
Qasıq nahiyyəsində problem olan yarımmüdafiəçi bu gün MRT müayinəsindən keçəcək və bundan sonra onun sabahkı matçda iştirak edib-etməyəcəyinə aydınlıq gələcək.
Albaniya yığmasına çağrılan Ansi Aqolli ilə Bosniya və Hesoqovina millilərisinin dühşərgəsində yer alan İbrahim Şehiç Bakıya bu gün qayıdacaq. Qurban Qurbanovun onlara "Neftçi" ilə matçda şans verib-verməyəcəyi bəlli deyil.
Fanat.Az