Qış təlim-məşq toplanışını üçün Antalyaya yollanan "Qarabağ" məşqlərə start verib. Fanat.Az xəbər verir ki, ilk hazırlıq fitnes zalında baş tutub.
Komanda yüngül trenajor məşqləri ilə kifayətlənib. Baş məşqçi Qurban Qurbanov əvəzedici heyətin 4 gənc üzvünü - Elgün Uluxanov, İbrahim Aslanlı, Elçin Rəhimli və Eltun Turabovu da təlim-məşq toplanışına cəlb edib.
Fanat.Az